“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

News Image

Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. 

Tədbiri SDU-nun rektoru, professor Nurəli Yusifbəyli açaraq professor-müəllim heyətini əlamətdar gün münasibətilə təbrik edib.

Sumqayıt Dövlət Universitetində (SDU) 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar “Layiqli əmək – dayanıqlı gələcəyin əsasıdır” mövzusunda seminar keçirilib.

News Image

Sumqayıt Dövlət Universitetində (SDU) 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar “Layiqli əmək – dayanıqlı gələcəyin əsasıdır” mövzusunda seminar keçirilib.

SDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş seminar keçirilib

 

Sumqayıt Dövlət Universitetində (SDU) 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar “Layiqli əmək – dayanıqlı gələcəyin əsasıdır” mövzusunda seminar keçirilib.

Tədbirdə çıxış edən SDU Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev ölkəmizdə əmək hüquqlarının qorunması, layiqli əmək şəraitinin yaradılması və bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, universitet əməkdaşlarının sosial rifahının yüksəldilməsi, istirahət hüququnun təmin olunması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərə toxunaraq, bu istiqamətdə təqdim olunan istirahət yollayışlarının əhəmiyyətini vurğulayıb.

Nemət İbayev həmçinin əməkdaşların hüquq və mənafelərinin qorunması, onların səmərəli fəaliyyətinə əlverişli şəraitin yaradılması və sağlam iş mühitinin formalaşdırılmasının diqqətdə saxlanıldığını bildirib.

Seminarda əməkdaşlar üçün layiqli əmək şəraitinin yaradılması, əmək hüquqlarının qorunması və sosial təminatın gücləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Sonda iştirakçıların sualları cavablandırılıb.


SDU HİK-in üzvünün 60 illik yubileyi qeyd edildi

News Image

SDU HİK-in üzvünün 60 illik yubileyi qeyd edildi

Sumqayıt Dövlət Universitetinin rektoru, texnika elmlər doktoru, professor Nurəli Yusifbəyli universitetin Energetika və nəqliyyat texnologiyaları kafedrasının müdiri, dosent Ramiz Kəlbiyevi 60 illik yubileyi münasibətilə təbrik etdi. Ramiz Kəlbiyevə səmərəli əmək fəaliyyətinə görə və yubileyi münasibətilə fəxri fərman və hədiyyə təqdim olundu.

Sumqayıt Dövlət Universitetində (SDU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib.

News Image

Sumqayıt Dövlət Universitetində (SDU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib.

Sumqayıt Dövlət Universitetində (SDU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib.

Tədbirdən əvvəl iştirakçılar universitetin foyesində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünü və tələbə-məzunların xatirəsinə ucaldılmış şəhidlik abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra Anım Gününə həsr olunmuş fotosərgi ilə tanış olublar.

SDU-nun Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən SDU-nun rektoru, professor Nurəli Yusifbəyli 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin Azərbaycanın müasir tarixində mühüm mərhələ olduğunu bildirib. Qeyd edib ki, tarixi Zəfərin əldə olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti və xalqımızın milli birliyi və həmrəyliyi həlledici amillər olub.

Rektor vurğulayıb ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə və qazilərə dövlət qayğısının davam etdirilməsi, Vətən müharibəsi həqiqətlərinin gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdəndir. Bildirib ki, gənclərin milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə bağlı, yüksək intellektual və vətəndaşlıq keyfiyyətlərinə malik şəxsiyyətlər kimi yetişdirilməsi ali təhsil müəssisələrinin əsas prioritetlərindəndir.

Professor Nurəli Yusifbəyli qeyd edib ki, müasir mərhələdə əsas hədəf Zəfər irsinin qorunması, dövlətçiliyin daha da möhkəmləndirilməsi və ölkənin davamlı inkişafına töhfə verməkdir. 27 Sentyabr – Anım Günü şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdiyimiz, Vətən uğrunda göstərilən fədakarlıqları xatırladığımız, xalqımızda hüznlə yanaşı, Zəfər qüruru və gələcək nəsillər qarşısında məsuliyyət hissi yaradan əlamətdar gündür.

Tədbirdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsinin komandiri, Zəfər ordenli polkovnik-leytenant Anar Rizvanov “Müzəffər Ali Baş Komandanın strateji rəhbərliyi və “Dəmir yumruq” əməliyyatı” mövzusunda məruzə ilə çıxış edib.

Anar Rizvanov Vətən müharibəsinin gedişində həyata keçirilmiş “Dəmir yumruq” əməliyyatının əsas mərhələləri, strateji əhəmiyyəti və Azərbaycan Ordusunun döyüş hazırlığı barədə məlumat verib. O, 44 günlük Vətən müharibəsinin Azərbaycan hərbçilərinin yüksək peşəkarlığı, döyüş ruhu və Vətənə sədaqəti ilə müşayiət olunduğunu diqqətə çatdırıb.

Daha sonra Sumqayıt Dövlət Universitetinin şəhid məzunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Anım tədbirdə Dil və ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Muğamat “Vətən müharibəsində Azərbaycan qadınının fədakarlığı”, Energetika və rəqəmsal texnologiyalar fakültəsinin 676a qrupunun tələbəsi, qazi Məhəmməd Əlizadə isə “Qalib Azərbaycan əsgərinin gözü ilə döyüş meydanının reallıqları” mövzularında çıxış ediblər.

Sonda Vətən müharibəsi iştirakçılarının döyüş yolu və Zəfər tarixinin gənc nəslə çatdırılması istiqamətində fikir mübadiləsi aparılıb. 


Sentyabrın 17-də Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycanın formalaşmasında iki strateji mərhələ: “Əsrin müqaviləsi” və dövlət suverenliyinin bərpası mövzusunda tədbir keçirilib.

News Image

Sentyabrın 17-də Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycanın formalaşmasında iki strateji mərhələ: “Əsrin müqaviləsi” və dövlət suverenliyinin bərpası mövzusunda tədbir keçirilib.

Sentyabrın 17-də Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycanın formalaşmasında iki strateji mərhələ: “Əsrin müqaviləsi” və dövlət suverenliyinin bərpası mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə SDU-nun rektoru, professor Nurəli Yusifbəyli açaraq iştirakçıları əlamətdar günlər münasibətilə təbrik edib.

Rektor çıxışında “Əsrin müqaviləsi”nin Azərbaycanın müstəqillik tarixində strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bildirib ki, 20 sentyabr 1994-cü ildə imzalanmış saziş Azərbaycanın təbii sərvətlərindən milli maraqlar əsasında səmərəli istifadə imkanlarını genişləndirərək enerji potensialının reallaşdırılmasına, iqtisadi dayanıqlılığın və dövlət suverenliyinin möhkəmlənməsinə, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafına mühüm zəmin yaradıb. Professor Nurəli Yusifbəyli vurğulayıb ki, iqtisadi imkanların genişlənməsi və dövlət suverenliyinin möhkəmlənməsi vahid dövlətçilik və inkişaf xəttinin bir-birini tamamlayan istiqamətləridir. Bu proseslərin davamlılığında insan kapitalının mühüm rol oynadığını bildirən rektor müasir mərhələdə süni intellekt, rəqəmsal texnologiyalar və yeni nəsil istehsal sistemlərinin sürətli inkişafının yüksək bilik və bacarıqlara, innovativ düşüncəyə malik gənc nəslin hazırlanmasını zəruri etdiyini diqqətə çatdırıb. Formalaşmış iqtisadi imkanların və dövlətçilik potensialının gələcəkdə səmərəli şəkildə reallaşdırılmasında rəqabətqabiliyyətli insan kapitalının əsas resurslardan biri olduğunu bildirən rektor bu baxımdan Sumqayıt Dövlət Universitetinin prioritet istiqamətlərinin enerji, mühəndislik və sənaye sahələrinin inkişafına xidmət edən yüksəkixtisaslı kadrların hazırlanması, universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, müasir texnologiyaların tədris və tədqiqat prosesinə inteqrasiyası, eləcə də tələbələrdə innovativ düşüncə və praktiki bacarıqların formalaşdırılmasını əhatə etdiyini diqqətə çatdırıb.

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli “Əsrin müqaviləsi”nin Azərbaycanın neft strategiyasının formalaşmasında və enerji siyasətinin uzunmüddətli istiqamətlərinin müəyyənləşdirilməsində rolundan danışıb. Çıxış zamanı “Əsrin müqaviləsi”nin ölkənin sənaye potensialının inkişafına və istehsal infrastrukturunun modernləşdirilməsinə verdiyi töhfələr diqqətə çatdırılıb. Müasir mərhələdə enerji sektorunda baş verən texnoloji dəyişikliklərin sənaye müəssisələrinin fəaliyyətində çevik yanaşmaların tətbiqini, innovativ texnologiyalardan istifadənin genişləndirilməsini və istehsal proseslərinin səmərəliliyinin artırılmasını zəruri etdiyi bildirilib.

Tədbirdə Azərbaycan tarixi kafedrasının baş müəllimi, t.ü.f.d. Samir Məhərrəmov və Təbiət elmləri və riyaziyyat fakültəsinin 388 saylı qrup tələbəsi Əli Kərimli mövzu ilə bağlı çıxış edərək fikirlərini bölüşüblər.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub və fikir mübadiləsi aparılıb.

Suqayıt Dövlət Universitetində 15 Sentyabr Bilik Günü münasibətilə tədbir keçirildi.

News Image

Suqayıt Dövlət Universitetində 15 Sentyabr Bilik Günü münasibətilə tədbir keçirildi.

 Sumqayıt Dövlət Universitetində (SDU) 15 Sentyabr – Bilik Günü münasibətilə yeni tədris ilinin başlanmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Nurəli Yusifbəyli tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və müasir ali təhsilin əsas məqsədinin müstəqil düşünən, araşdırma aparan, problemləri həll edə bilən və əldə etdikləri bilikləri real həyatda tətbiq etməyi bacaran mütəxəssislərin hazırlanması olduğunu bildirib.

Qeyd edib ki, sürətlə dəyişən əmək bazarında işəgötürənlər məzunun yalnız ixtisas biliklərini deyil, eyni zamanda komandada işləmək, düzgün qərar qəbul etmək, fikrini əsaslandırılmış şəkildə ifadə etmək və yeni bilikləri sürətlə mənimsəmək kimi bacarıqlarını da qiymətləndirirlər. Bu baxımdan tələbələrin universitet illərində nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının inkişaf etdirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib.

Çıxış zamanı süni intellekt və rəqəmsal texnologiyaların təhsil prosesinə təsirinə xüsusi diqqət çəkilib. Bildirilib ki, süni intellekt artıq müxtəlif sahələrdə iş proseslərinin xarakterini dəyişir və gələcəyin mütəxəssislərinin bu texnologiyalardan səmərəli, məsuliyyətli və etik şəkildə istifadə etmək bacarığına malik olması zəruridir.

N. Yusifbəyli vurğulayıb ki, süni intellekt tələbənin əvəzinə düşünməməli, onun öyrənmə, araşdırma və analitik fəaliyyətinə dəstək verən resurs kimi çıxış etməlidir. Düzgün sual vermək, əldə olunan məlumatları təhlil etmək, mənbələri qiymətləndirmək və əsaslandırılmış nəticəyə gəlmək müasir tələbənin əsas bacarıqları sırasında olmalıdır.

Rektor Prezident İlham Əliyevin sentyabrın 14-də “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak etməsinə də diqqət çəkib. Bildirib ki, burada süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik və digər prioritet elmi-texnoloji istiqamətlər üzrə tədqiqat və tətbiqi fəaliyyətlərin həyata keçirilməsi üçün müasir imkanların yaradılması ölkədə elm, təhsil, innovasiya və yüksək texnologiyaların inkişafına verilən əhəmiyyətin göstəricisidir. “SABAH.city”də tələbələrin təhsil və praktiki fəaliyyətinin inteqrasiyasına yönəlmiş mühitin formalaşdırılması ali təhsilin gələcəyin texnologiyaları və əmək bazarının yeni tələbləri ilə daha sıx əlaqələndirilməsinin vacibliyini bir daha nümayiş etdirir.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov da çıxış edib. O, yeni tədris ilinə qədəm qoyan hər kəsi, xüsusilə SDU-nun birinci kurs tələbələrini Bilik Günü münasibətilə təbrik edib, onlara təhsil həyatında uğurlar arzulayıb. R. Hüseynov gəncləri Zəfərdən ötən altıncı ildə qürurlu vətəndaş mövqeyi nümayiş etdirərək cəmiyyətin həyatının bütün sahələrində fəal, yaradıcı və təşəbbüskar olmağa çağırıb.

Tədbirdən sonra rektor professor Nurəli Yusifbəyli universitetin 3-cü tədris binasında olub, tələbələrlə görüşüb. Rektor tələbələri yeni tədris ilində universitetin yaratdığı imkanlardan səmərəli istifadə etməyə, elmi və ictimai fəaliyyətə fəal qoşulmağa çağırıb. Görüş zamanı tələbə və valideynlərin yeni tədris ili ilə bağlı gözləntiləri və təklifləri dinlənilib.

Daha sonra yeni tədris ilinin ilk dərsləri universitetin auditoriyalarında başlayıb. Tələbələr yeni tədris ilinə müasir təhsil mühiti və qarşıya qoyulan yeni hədəflərlə qədəm qoyublar.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

SDU HİK-in üzvlərinin yubileyləri qeyd olundu

News Image

SDU HİK-in üzvlərinin yubileyləri qeyd olundu

Sumqayıt Dövlət Universitetinin Rektorluğu və Həmkarlar İttifaqı Komitəsi universitetin İnformasiya texnologiyaları kafedrasının dosenti Arzu Əliyevanı, Tarix, coğrafiya və metodika kafedrasının baş müəllimi Nofəl Abdullayevi, Xarici dillər kafedrasının baş müəllimi Arzu Məmmədovanı, Energetika kafedrasının böyük laborantı İradə Cumaliyevanı və Maliyyə və təminat idarəsinin təmizləyicisi Kəmalə İmanovanı yubileyi münasibətilə təbrik etdi. Əməkdaşlara səmərəli əmək fəaliyyətlərinə görə və yubileyləri münasibətilə fəxri fərman və hədiyyə təqdim olundu.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

SDU HİK-in üzvlərinin yubileyləri qeyd edildi

News Image

SDU HİK-in üzvlərinin yubileyləri qeyd edildi

Sumqayıt Dövlət Universitetinin Maliyyə və Təminat İdarəsinin əməkdaşları Elminaz Vəliyeva 65 illik, Şəfiqə Eyvazova isə 60 illik yubileyi münasibətilə təbrik edildi. Eyni zamanda əməkdaşlar yubileyləri münasibətilə universitetin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyə ilə təltif olundular

SDU HİK-in üzvünün 65 illik yubileyi qeyd edildi

News Image

SDU HİK-in üzvünün 65 illik yubileyi qeyd edildi

Sumqayıt Dövlət Universitetinin Rektorluğu və Həmkarlar İttifaqı Komitəsi universitetin Maliyyə və Təminat İdarəsinin əməkdaşı Rafiq Sofiyevi 65 illik yubileyi münasibətilə təbrik etdi.

Yubiley münasibətilə keçirilən görüşdə Rafiq Sofiyevin universitetdə uzunillik səmərəli əmək fəaliyyəti, öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirməsi və kollektivdə qazandığı hörmət xüsusi vurğulandı

Əmək fəaliyyətində göstərdiyi xidmətlərə və 65 illik yubileyi münasibətilə Rafiq Sofiyev Sumqayıt Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyə ilə təltif olundu, eyni zamanda Maliyyə və Təminat İdarəsi tərəfindən də ona xatirə hədiyyəsi təqdim edildi.