
Sədr
İbayev Nemət Alış oğlu
1983: anadan olmuşdur.
Təhsil
1990: Biləsuvar rayonunun İsmətli kəndində Xanlar Qafarov adına məktəbin 1-ci sinfinə getmişdir.
2001: Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin əyani şöbəsinə qəbul olunmuşdur.
2005: Həmin fakültənin “Filoloq. Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə bakalavr pilləsini bitirmişdir.
2007: “Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
Karyera
2005–2022: Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır.
2007–2015: Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında saathesabı müəllim işləmişdir.
2015: 0,5 ştat baş müəllim vəzifəsində çalışmışdır.
2008–2012: Sumqayıt Dövlət Universitetində Dilçilik ixtisası üzrə doktorantura pilləsində qiyabi təhsil almışdır.
2015: “Mahmud Kaşğarinin Divanü lüğat-it-türk əsərində etnoqrafik leksika” mövzusunda dissertasiya müdafiə etmişdir.
2016 (27 yanvar): Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2020 (24 yanvar): Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunmuşdur.
2020 (16 oktyabr): 0,5 ştat dosent vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda SDU HİK-nin sədri və 0,5 ştat dosent vəzifəsində çalışır.
2022 (25 aprel): Sumqayıt Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.
2023 (16 iyun): Elmi-pedaqoji fəaliyyətinə görə filologiya elmləri sahəsinin 5706.01 – Azərbaycan dili ixtisası üzrə dosent elmi adı almışdır.
11 tezisin (biri xaricdə olmaqla), 31 məqalənin (beşi xaricdə olmaqla), 2 fənn proqramının, 1 dərs vəsaitinin müəllifidir. Beynəlxalq, Respublika və universitetdaxili konfranslarda məruzələrlə çıxış etmişdir.
Ailəlidir, üç övladı var.